08 İyul 2025, 10:39
FUTBOL
"Nottingem Forest"in futbolçusu Antoni Elanqa Premyer Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. "Nyukasl" isveçli vinger üçün 55 milyon funt-sterlinq təzminat ödəyəcək. 23 yaşlı futbolçu bu gün yeni klubu üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Antoni Elanqa ötən mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 43 oyunda 6 qol vurub, 12 qol ötürməsi edib.