"Liverpul"un baş məşqçisi Yurgen Kloppun çempionlar Liqasının final görüşündən sonra komandanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Matc.az saytı xəbər verir ki, almaniyalı mütəxəssisin adı, xüsusən də, "Yuventus"la birgə hallanır.

Lakin 52 yaşlı mütəxəssis dərhal bunu təkzib edib: "A seriyası cəlbedici liqa, İtaliya isə gözəl ölkədi. Mənə bu sual ilk dəfədi verilmir. Adımın "Yuventus"la çəkilməsinə qısa cavabım belədi ki, bütün bunlar yalandı".

"Liverpul"un prezidenti Tom Verner də yayılan söz-söhbətə reaksiya verib. O, hətta mütəxəssislə 2022-ci ilin yayına qədər olan müqaviləni uzatmaq fikrində olduqlarını vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest