"Barselona"nın yarımmüdafiəçisi Denis Suares karyerasını yenidən vətəni İspaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı oyunçu artıq ilk təklifini alıb.

ötən mövsümün ikinci dövrəsini icrarə əsasında "Arsenal"da keçirən və Kataloniya klubuna geri qayıdan Suaresə "Valensiya" "elçi düşüb". "Yarasalar"ın baş məşqçisi Marselino onu "Vilyarreal"dan yaxşı tanıyır və yenidən sərəncamında görmək niyyətindədi. Bu üzdən klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, "Valensiya" növbəti mövsüm çempionlar Liqasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest