"çelsi"nin baş məşqçisi Mauritsio Sarri İtaliyaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis "Yuventus"un "sükanı arxası"na keçir.

çalışdırıcının meneceri Fali Ramadani bununla bağlı "çelsi" rəhbərliyi ilə görüşüb və qarşı tərəf onu buraxmağa razılıq verib. Klubla baş məşqçi müqavilənin xitam verilməsi məsələsini müzakirə edir. Onun tezliklə "çelsi"dən ayrılıb, Turin klubuna rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, "çelsi" bu mövsüm Mauritsio Sarrinin rəhbərliyi altında Premyer Liqada 3-cü yeri tutmaqla yanaşı, Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest