Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə keçiriləcək dünya çempionatını buraxa bilər. Bunu ulduz futbolçu özü deyib. Yenidən yığmaya qayıdan "Barselona"nın lideri 3 ildən sonrakı vəziyyətə görə qərar verəcəyini bildirib.

Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə keçiriləcək dünya çempionatını buraxa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ulduz futbolçu özü deyib.

Yenidən yığmaya qayıdan "Barselona"nın lideri 3 ildən sonrakı vəziyyətə görə qərar verəcəyini bildirib: "Qətərdə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyimi bilmirəm. Hər şey Tanrının əlindədi. Hazırda fiziki cəhətdən özümü əla hiss edirəm, amma 32 yaşım var. Gələcəkdə özümü necə hiss edəcəyimi bilmirəm. çox şey ola bilər. ümid edirəm ki, ciddi zədələrdən qaça bilərəm".

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest