21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrda iki yoldaşlıq oyunu keçirəcək. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız noyabrın 15-də, saat 20:00-da, "Dalğa Arena"da Ukrayna komandası ilə qarşılaşacaq.

4 gün sonra - noyabrın 19-da isə Zeniça səhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu təşkil olunacaq.

Bu oyunun keçiriləcəyi stadion və başlanma vaxtı dəqiqləşməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest