Qana tarixinin İngiltərə Premyer Liqasında oynamış ən yaxşı 5 futbolçusu müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "5-lik"də "Səbail"in ulduz futbolçusu Mayk Essyen də var.

37 yaşı olmasına baxmayaraq, hələ də karyerasını davam etdirən yarımmüdafiəçi "çelsi"dəki parlaq çıxışı ilə bu ada layiq görülüb. Təsadüfi deyil ki, o, 2005-2014-cü illər ərzində "zadəganlar"ın heyətində 256 matçda iştirak edib, 25 qola imza atıb. 2006-07 mövsümündəki performansı ilə həmin vaxt Qanada ilin ən yaxşısı seçilmişdi.

Qana tarixində Premyer Liqada oynamış digər ən yaxşı oyunçular Con Mensah ("Sanderlend"), Salli Muntari ("Portsmut", "Sanderlend"), Asamoa Qyan ("Sanderlend") və Toni Yeboadı ("Lids").

Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest