AVRO-2020-nin seçmə mərhələsində hazırlığını davam etdirən milli komandamız bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, rəqib U-21 komandamız olub.

"Dalğa Arena"da baş tutan qarşılaşma əsas yığmanın böyükhesablı qələbəsi ilə nəticələnib. Nikola Yurçeviçin kollektivi Milan Obradoviçin yetirmələrinin qapısından 3 cavabsız top keçirib.

Əsas komandada qollara Dmitri Nazarov, Ağabala Ramazanov və Araz Abdullayev imza atıb. İlk iki oyunçu penalti zərbəsindən fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest