çempionlar Liqasının final görüşündə meydana daxil olan azarkeş bir anda bütün dünyada məşhurlaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Liverpul"la "Tottenhem" arasında baş tutan qarşılaşmanın 18-ci dəqiqəsində təhlükəsizlik xidmətinin işçilərindən yayınaraq meydana girən fanat model Kinsey Volanski olub.

Yarıçılpaq vəziyyətdə arenaya daxil olan Volanskinin bu hərəkəti ona sosial şəbəkədə xeyli izləyici qazandırıb. Belə ki, bu hadisəyə qədər onun instaqramda 240 min izləyicisi var idisə, heç bir saat keçməmiş bu rəqəm 500 minə çatıb.

Qeyd edək ki, son dəqiqələri gedən görüşdə "Liverpul" 2:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest