"Qəbələ"nin UEFA Gənclər Liqasının çempionlar yolunun II mərhələsindəki rəqibi müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, I mərhələdə Moldovanın "Şerif" klubunu mübarizədən kənarlaşdıraraq Azərbaycan futbolu tarixində ilkə imza atan "qırmızı-qaralar" Almaniya "Herta"sı ilə üz-üzə gələcək.

Belə ki, Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa təmsilçisi "Lex"i üstələyib. üç həftə öncə öz meydanında 2:0 hesabı ilə qalib gələn U-19 Bundesliqanın çempionu səfərdə də qələbə qazanıb – 3:2. Rəqibimizin heyətində Cessik Nqankam iki, Julian Albrext bir qola imza atıb.

II mərhələnin oyunları noyabrın 7-də və 28-də baş tutacaq. "Qəbələ" ilk oyunu evdə, cavab matçını "Herta"nın meydanında keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest