"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" bu keçidi reallaşdırmaq üçün heyətində "təmizləmə işləri" aparmalıdı.

Madrid təmsilçisi Fransa millisinin üzvünü heyətə qatmaqdan ötrü 4 oyunçusunu qurban verməyə hazırdı. Belə ki, rəhbərlik Qaret Beyl, Hames Rodriges, Teo Ernandes və Keylor Navası transferə çıxaracaq. İlk iki oyunçu Poqbanın transferi üçün qarşı tərəfə təklif oluna da bilər.

Qeyd edək ki, "Real" "çelsi"nin vingeri Eden Azarı da transfer etməyə yaxındı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest