Növbəti mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda keçid oyunlarına yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" da ikinci görüşünü keçirib.

Samara təmsilçisi evdə "Nijni Novqorod" klubu ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil start heyətində başladığı görüşdə sona qədər meydanda olub.

Qeyd edək ki, iki komanda arasındakı ilk görüş "Krılya Sovetov"un 3:1 hesablı qələbəsi ilə yekunlaşdığı üçün Samara təmsilçisi növbəti mövsüm də Premyer Liqada mübarizə aparmağa haqq qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest