Boliviya ilə yoldaşlıq görüşü keçirən Fransa millisi ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, dünya çempionu 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, aparıcı futbolçusu Kilian Mbappe zədələnib.

Start heyətində mübarizəyə qoşulan gənc forvard epizodların birində rəqib oyunçu Raul Kastro ilə toqquşaraq, topuq nahiyəsindən xəsarət alıb. Bu üzdən 20 yaşlı oyunçu fasilədən sonra əvəzlənib. Zədənin ciddi olub-olmadığı hələlik açıqlanmayıb. Onun AVRO-2020-nin seçmə mərhələsində Türkiyə ilə qarşılaşmada iştirakı sual altına düşüb.

Qeyd edək ki, iyunun 8-də Konyada Türkiyənin qonağı olacaq fransızlar bundan 3 gün sonra Andorranı sınağa çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest