Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 18:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı olacaq.

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Matc.az saytının məlumatına görə, toplantı "Dalğa Arena"nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında gerçəkləşəcək.

Saat 18:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı olacaq. Məhz bu gün növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların sayı müəyyənləşə bilər.

Gündəliyin ikinci məsələsi isə "Digər məsələlər" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest