Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə matça hazırlaşan "Qarabağ"ın düşərgəsinə sürpriz qonaqlar gəlib. Matç.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları Bakı Olimpiya Stadionunda olublar.

Məqsəd Ağdam klubunun futbolçularından dopinq-test götürmək olub. Azərbaycan çempionunu narahat edən məqam qurumun bu yoxlamanı UEFA-nın tələbi olmadan, şəxsi insiativi ilə aparmasıdı. Bunu isə sabahkı qarşılaşma öncəsi xoş olmayan sürpriz hesab etmək olar.

Qeyd edək ki, "Qarabağ" – "Vorskla" matçı 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest