"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən "qırmızı-qaralar"ın formasını geyinməyəcək. Onun karyerasını "Zirə"də davam etdirməsi gözlənilir.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. "Qırmızı-qaralar"ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb. Camalov "Qəbələ"nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.

Qeyd edək ki, "Qəbələ" Cavid Hüseynov, Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay və Rauf Əliyevlə də vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest