Hollandiya millisinin baş  məşqçisi Ronald Kuman "Barselona"ya keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 56 yaşlı mütəxəssis Kataloniya klubunun "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Hollandiyalı məşqçi "Barselona"nı çalışdırmayacağını açıqlayıb: "Barselona"ya keçə bilərəmmi? Bu, asanlıqla baş verə bilər. Amma mən bu komandanın baş məşqçisi olmayacam".

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilməsi gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest