"Bavariya" "Mançester Siti"nin vingeri Leroy Saneni transfer etməkdə israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında danışıqlar davam edir.

Münhen təmsilçisinin 80 milyon avroluq ilk təklifi rədd edilib. "Şəhərlilər" 23 yaşlı oyunçusunu satmağın əleyhinə deyil. Sadəcə, Premyer Liqa çempionu onu 100 milyon avrodan ucuz qiymətə yola salmağa yaxın durmur. Almanlar da yeni təklifə hazırlaşırlar.

Qeyd edək ki, Leroy Sane ötən mövsüm 10 qol, 11 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest