Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Qızıl top"a namizədlərlə bağlı maraqlı fikir səsləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, 5 oyunçunu bu ada layiq hesab edir.

O, futbolçların yığmadakı çıxışına əsasən qalibin müəyyənləşəcəyini düşünür: "Hazırkı vəziyyətdə Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane, Kriştianu Ronaldo və Lionel Messini namizəd göstərərdim. Fikrimcə, UEFA Millətlər Liqası, Afrika Millətlər Liqası və Amerika Kuboku bu seçimdə əhəmiyyətli rol oynayacaq. Portuqaliyalı və argentinalı yalnız daxili çempionatda qalib gəlib. "Liverpul" isə çempionlar Liqasını qazansa da, Premyer Liqada bunu bacarmayıb".

Qeyd edək ki, əksər mütəxəssislər Vircil van Deyk və Lionel Messini əsas namizəd sayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest