"Beşiktaş"ın yarımmüdafiəçisi Rikardo Kuarejmanın taleyinə aydınlıq gəlib. "Ağ-qaralar"ın yeni baş məşqçisi Abdullah Avcı portuqaliyalının ayrılmasını istəsə də, bu, baş verməyəcək. Avcı ilk olaraq Kuarejmanın gedə biləcəyini söyləyib.

"Beşiktaş"ın yarımmüdafiəçisi Rikardo Kuarejmanın taleyinə aydınlıq gəlib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "ağ-qaralar"ın yeni baş məşqçisi Abdullah Avcı portuqaliyalının ayrılmasını istəsə də, bu, baş verməyəcək.

Avcı rəhbərliklə görüşündə Kuarejmanın gedə biləcəyini söyləyib. çalışdırıcı onun yaşının çox olmasını əsas gətirərək, bu fikrə düşüb. Lakin klub rəsmiləri Portuqaliya millisinin üzvünün müqavilə müddətinin sonuna qədər qalmasının tərəfdarı olub. Nəticədə ulduz futbolçunun gələn yaya qədər saxlanılması qərara alınıb.

Bu yaxınlarda Bakıda səfərdə olan Kuarejmanın məhz burdakı açıqlamasının "Beşiktaş"da qalmasında həlledici rol oynadığı bildirilib. Belə ki, onun "Beşiktaş"a olan sevgisi və əzəli rəqiblər "Fənərbaxça" ilə "Qalatasaray" haqda dedikləri rəhbərliyin ürəyincə olub.

Qeyd edək ki, 2015-ci ildən "Beşiktaş"da çıxış edən Rikardo Kuarejma Türkiyədə başqa klubun formasını geyinməyəcəyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest