çempionlar Liqasının qrup mərhələsində "Brügge"nin qonağı olan "Monako" səfərdən 1 xalla dönüb – 1:1. Matç.az saytının məlumatına görə, bununla Fransa təmsilçisinin qələbə həsrəti davam edib.

Knyazlıq klubunun bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 12-yə yüksəlib. Ardıcıl 5 məğlubiyyətdən sonra "Monako", nəhayət ki, heç-heçə edə bilib. Komandanın bu mövsüm yeganə qələbəsi Liqa 1-in ilk turunda "Nant"la görüşə (3:1) təsadüf edir.

Avqustun 11-dən bəri 3 xal üzü görməyən "Monako" növbəti matçını ölkə çempionatı çərçivəsində oktyabrın 27-də "Dijon"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest