2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə qatıb. "Kimyaçılar" son mövsümü "Keşlə"də keçirən Amil Yunanovla anlaşıb. Əvvəllər də "Sumqayıt"da oynamış forvard köhnə-yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə qatıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" son mövsümü "Keşlə"də keçirən Amil Yunanovla anlaşıb.

Əvvəllər də "Sumqayıt"da oynamış forvard köhnə-yeni komandası  ilə 1 illik müqavilə imzalayıb. O, "gənclik şəhəri" təmsilçisində 9 nömrəli formanı geyinəcək.

2015-2018-ci illərdə "Sumqayıt"ın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla komandanın tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" ilə yanaşı (24 oyun, 5 qol), "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Amil U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.

Qeyd edək ki, "Sumqayıt" Amilə qədər "Zirə"dən Vüqar Mustafayevlə anlaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest