"Sabah" yay transfer dönəminin ikinci keçidini edib. Paytaxt təmsilçisi "Səbail"in vingeri Kevin Kubemba ilə heyətini gücləndirib. "Səbail"lə müqavilə müddəti başa çatan fransalı oyunçu rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

"Sabah" yay transfer dönəminin ikinci keçidini edib. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Səbail"in vingeri Kevin Kubemba ilə heyətini gücləndirib.

"Səbail"lə müqavilə müddəti başa çatan fransalı oyunçu rəhbərliyin yeni sözləşmə təklifini qəbul etməyib. 26 yaşlı hücumameyilli futbolçu yeni mövsümdən "Sabah"ın şərəfini qoruyacaq. Tərəflər arasında artıq hərtərəfli anlaşma əldə edilib. Ona qədər "Sumqayıt"dan Cavid Tağıyev transfer olunmuşdu.

Qeyd edək ki, Kevin Kubemba "Səbail"ə ötən yay Fransa klubu "Burq-en-Bresse"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest