"Səbail" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan müdafiəçi Urfan Abbasovla anlaşıb. 27 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Səbail" daha öncə "Zirə"dən qapıçı Kamal Bayramovu transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest