UEFA Millətlər Liqasında yarımfinal oyunlarına start verilib. Matc.az saytının məlumatına görə, turnirin qalibi Portuqaliyada müəyyənləşəcək.

İlk yarımfinal oyununda meydan sahibləri İsveçrəni qəbul edib.

Portunun "Draqao" stadionunda keçirilən oyun maraqlı mübarizə ilə diqqət çəkib.

Portuqaliya Ronldonun vurduğu qolla ilk hissəni öndə bitirib. İkinci hissədə Rodrigez penalti zərbəsi ilə hesabı bərabərləşdirsə də, son dəqiqələrdə matçın taleyini Ronaldo həll edib. 

"Yuventus"un superulduzu 88 və 90-cı dəqiqələrdə ardıcıl iki dəfə fərqlənərək, komandasına qələbə qazandırıb. 

Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.

UEFA Millətlər Liqası

Yarımfinal

5 iyun

Portuqaliya – İsveçrə - 3:1

Ronaldo, 25, 88, 90 - Rodrigez, 57 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya). Portu. "Draqao" stadionu

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo, 10. Bernardo Silva, 14. Villiam Karvalyo, 16. Bruno Fernandes, 18. Ruben Neves, 20. Nelson Semedo, 23. Joao Feliks

Ehtiyat oyunçular: 12. Xose Sa, 22. Beto, 2. Joao Kanselo, 6. Jose Fonte, 8. Joao Moutinyo, 9. Dieqo Sousa, 11. Dieqo Jota, 15. Rafa Silva, 17. Qonçalo Quedes, 19. Mario Rui, 21. Pizzi

Baş məşqçi: Fernando Santos

İsveçrə: 1. Yann Sommer, 2. Kevin Mbambu, 5. Manel Akanji, 8. Remo Froyler, 9. Seferoviç, 10. Qranit Caka, 13. Rikardo Rodrigez, 14. Steven Zuber, 17. Denis Zakariya, 22. Fabian Şear, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: 12. Yvon Movoqo, 21. Conas Omlin, 3. Françoys Mubance, 4. Niko Elvedi, 6. Mixail Lanq, 7. Noa Okafor, 11. Renato Şteffen, 15. Loris Benito, 16. Albian Ayeti, 18. Cibril Sou, 19. Josip Drmiç, 20. Edmilson Fernandes

Baş məşqçi: Vladimir Petkoviç

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest