Milli komandaların FİFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, ötən ayla müqayisədə siyahıda bir sıra dəyişikliklər baş verib. Buna hesabat dövründə keçirilən rəsmi və yoxlama oyunları səbəb olub. Dəyişikliklər Azərbaycan milisindən də yan ötməyib.

Millətlər Liqasında iki görüş keçirən Qurban Qurbanovun yetirmələri 5 reytinq xalı əldə edib. Buna Farer adaları üzərində səfər qələbəsi (3:0) və Maltayla Bakıdakı heç-heçə (1:1) səbəb olub. Nəticədə Azərbaycan reytinq cədvəlinin 107-ci sırasında qərarlaşıb. Yığmamız ötən ayla müqayisədə 1 pilləlik irəliləyib. Komandamız Afrika təmsilçisi Nigeri arxada qoyur.

Millimiz və "qonşuları"

103 (104). Haiti - 1216

104 (103). Mavritaniya - 1213

105 (99). Liviya - 1210

105 (107). Keniya - 1210

107 (108). Azərbaycan - 1207

108 (105). Niger - 1195

109 (116). Namibiya - 1192

110 (111). KXDR - 1191

110 (117). Zimbabve - 1191

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə baxsaq, Farer adaları 3 pillə geriləyib. Kosovo isə 1 addım irəliləyib və tarixində ən yüksək pilləyə qalxıb. Malta isə öz mövqeyində duruş gətirib.

Millimizin rəqibləri

95 (92). Farer adaları – 1251

137 (138). Kosovo – 1099

183 (183). Malta - 927

Dünyanın ən güclü 10 komandasının siyahısı da dəyişikliklərə məruz qalıb. Fransa liderə şərikliyi itiribsə, Uruqvay mövqeyini İngiltərəyə verib.

İlk "onluq"

1 (1). Belçika - 1733

2 (1). Fransa - 1732

3 (3). Braziliya - 1669

4 (4). Xorvatiya - 1635

5 (6). İngiltərə - 1619

6 (5). Uruqvay - 1617

7 (7). Portuqaliya - 1616

8 (8). İsveçrə - 1598

9 (9). İspaniya - 1594

10 (10). Danimarka – 1584

Qeyd edək ki, qonşu Türkiyə 1449 xalla siyahının 38-ci sırasındakı yerini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest