"Espanyol" baş məşqçisi Rubi ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kataloniya təmsilçisi ötən mövsüm 7-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, çalışdırıcını saxlaya bilməyib. 49 yaşlı mütəxəssis işsiz qalmayacaq. çünki o, "Betis"in baş məşqçisi təyin olunub. Rubi yeni komandası ilə 3 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Rubi "Espanyol"u ötən ildən çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest