Superliqanın və Türkiyə kubokunun qalibi olan "Qalatasaray" çempionlar Liqasının heyətini qurmaq üçün hərəkətə gəlib. Matc.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Maliyyə Feyr-Pley anlaşmasına görə, klub oyunçu satmamış yeni transfer edə bilməz.

Bu üzdən İstanbul nəhəngi azad agent statusu daşıyan və icarəyə götürə biləcəyi futbolçulara diqqəti artırıb. Rayan Babel, Cimmi Durmaz, Valentin Ozonvafor və Şenər özbayraklı ilə ilkin razılıq əldə edən "cim-bom" Vedat Muriç, Mario Balotelli, Duqlas, Radamel Falkao, Bruma, Maykl Seri, Alberto Moreno və Frank Riberi ilə də danışıq aparır.

Baş məşqçi Fatih Terimin israrla heyətdə görmək istədiyi "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqanın da transferi real görünür. Yeganə problem Argentina millisinin üzvünün klubla 1 illik müqavilə müddətinin qalmasıdı. Mbaye Diaqne və Yunes Belhandanı satmağı planlaşdıran türklər ilk olaraq məhz Baneqanın keçidini rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest