"Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyundu ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdı"

"Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi 10 nəfərlər müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmamağı özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardı. Təbii ki, bu cür nəticə gözləmirdim". Matc.az xəbər verir ki, bu sözləri  21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.

Yığmamız Avropa çempionatının seçmə mərhələsində səfərdə Lixtenşteynə uduzub - 0:1. Məğlubiyyəti şərh edən serbiyalı çalışdırıcı məsuliyyəti öz üzərinə götürüb: "Futbolçulara deyəcək sözüm yoxdu. Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyundu ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdı. Bilirəm ki, biz düzgün yoldayıq. çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçulara görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq.

Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədi. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidi. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq". affa.az

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest