İyulun 4-də UEFA çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasında qruplara bölünəcək.

Reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışda 2 komanda ilə təmsil olunacaq. Son qalib isə Portuqaliyanın "Sportinq" klubu olub.

Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq. Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb və ölkəmizi turnirdə son çempion "Araz" təmsil edəcək.

Sıra

Assosiasiyalar

 

Komanda sayı

1

Rusiya

 

2

2

İspaniya

 

 

3

Portuqaliya

 

 

4

Qazaxıstan

 

 

5

Ukrayna

 

1

6

Azərbaycan

 

 

7

İtaliya

 

 

8

Serbiya

 

 

9

Sloveniya

 

 

10

Xorvatiya

 

 

11

Macarıstan

 

 

12

çexiya

 

 

13

Rumıniya

 

 

14

Polşa

 

 

15

Fransa

 

 

16

Slovaniya

 

 

17

Belarus

 

 

18

Niderland

 

 

19

Bosniya və Herseqovina

 

 

20

Belçika

 

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest