"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşforddan əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu yenidən gənc forvarda "elçi düşüb".

Antuan Qrizmannın azarkeşlər tərəfindən istənilməməsi, Neymarın isə uzunmüddətli zədələ alması İspaniya nəhəngini Reşford məsələsində hərəkətə gətirib. "Barsa" rəhbərliyi hücumun həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran İngiltərə millisinin üzvü üçün qarşı tərəflə rəsmi danışıqlara start verib.

Qeyd edək ki, Markus Reşfordun "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest