"ASK Arena"nın mövcud süni ot örtüyünün əvəzlənməsi ilə bağlı tender elan edilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Mövcüd örtüyün rulon halında çıxarılması (7848 m2), qum və rezinin çıxarılması, FİFA Quality Pro sertifikatını əldə edə biləcək səviyyədə yeni süni örtüyün quraşdırılması (7848 m2), Müəyyən miqdarda əlavələr edilməklə mövcud "shockpad"dən istifadə olunması, Müəyyən miqdarda əlavələr edilməklə mövcud qum və rezindən istifadə olunması və FİFA Quality Pro sertifikatının alınmasına zəmanət verilməsi tenderin qalibinin görəcəyi işlərdi.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərmək tələb olunur. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini iyunun 21-nə qədər AFFA-nın elektron ünvanına göndərməlidi.

Qeyd: Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest