Bu gün AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Matc.az saytının məlumatına görə, milli komandamız da tsikl çərçivəsində növbəti oyununu keçirib.

Nikola Yurçeviçin yetirmələri doğma meydanda Macarıstan yığması ilə üz-üzə gəliblər. Bu görüşə qədər millimiz 1, qonaqlar isə 2 oyuna çıxıblar.

Macarlar qrupun ilk görüşündə Slovakiyaya məğlub olsalar da, sonradan Xorvatiya üzərində qələbə qazanmağı bacarıblar.

Yığmamız isə yeni baş məşqçisi Yurçeviçin rəhbərliyi altındakı ilk görüşündə xorvatiyalının həmyerlilərinə qarşı oynayıb və 1:2 hesabı ilə uduzub.

Bu oyun da yığmamızın məğlubiyyəti ilə yekunlaşıb. Qonaqların vurduğu 3 qola qarşılıq komandamızın gücü təsəlli qoluna çatıb. Mahir Əmrəli 69-cu dəqiqədə fərqlənib. 

Komandamız hazırda 2 oyundan sonra xal toplamayaraq sonuncu pillədə qərarlaşıb. Macarıstanın isə 3 oyundan sonra 6 xalı var və qrupun lideridir.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu
8 iyun
Azərbaycan – Macarıstan - 1:3
Qollar: Mahir Əmrəli, 69 - Orban, 18, 53, Holman, 71
Baş hakim: Kevin Blom (Hollandiya). Bakı, “Baksell Arena”
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov (k), 6. Bədavi Hüseynov, 10. Mahir Əmrəli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavlo Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixali Korhut, 6. Villi Orban, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Szalai, 10. Dominik Szoboszlay, 14. Gerge Lovrençiç, 15. Lazlo Klaynhaysler, 18. Dominik Naqi
Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçşik, 4. Yanos Ferencsi, 5. Paulo Vinisius, 11. Kristian Nemet, 13. Zolt Kalmar, 16. Mete Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İstvan Kovaçs, 21. Tamaş Kadar, 23. Filip Holender
Baş məşqçi: Marko Rossi

 

1.

Macarıstan

3

2

0

1

5:4

6

2.

Xorvatiya

3

2

0

1

5:4

6

3.

Uels

2

1

0

1

2:2

3

4.

Slovakiya

2

1

0

1

2:1

3

5.

Azərbaycan

2

0

0

2

2:5

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest