Həftəsonu "Barselona" ilə keçiriləcək "El Klasiko" "Real"ın baş məşqçisi Xulen Lopeteqinin qovulması ilə nəticələnə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" məğlub olacağı təqdirdə, Lopeteqi ilə yollar ayrılacaq.

Onun gedişini ən çox istəyən şəxs isə Antonio Kontedi. çünki madridlilər "çelsi" və "Yuventus"un sabiq çalışdırıcısı ilə danışıqları böyük ölçüdə yekunlaşdırıblar. Keçidin rəsmiləşməsi üçün isə Lopeteqinin istefaya göndərilməsi gözlənilir. La Liqada ardıcıl 4 oyundu qələbə qazana bilməyən "Real" rəhbərliyi "Barselona" ilə qarşılaşmanı baş məşqçinin son şansı kimi görür.

Qeyd edək ki, Xulen Lopeteqi cari mövsümün əvvəlində İspaniya yığmasından ayrılaraq, "Real"ın "sükanı arxası"na keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest