"istənilən rəqibə hörmətlə yanaşırıq. Azərbaycanı da izləmişik, Xorvatiyaya qarşı yaxşı çıxış etmişdi. Qrupda xal qazanmamasına baxmayaraq, fikrimizi dəyişmirik. Biz özümüz digər görüşlərdə olduğu kimi, sabah da qələbə qazanmağı hədəfləmişik"

"Bütün komanda olaraq sabahkı oyuna hazırıq". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib. Slovakiya AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Oyunöncəsi mətbuat konfransında 50 yaşlı çalışdırıcı əvvəlcə komandadakı itkidən danışıb: "Yalnız Miroslav Stoç hazır deyil. Komanda ilə birlikdə gətirmədik ki, xəstəliyi digər futbolçulara keçməsin. Başqa heç bir problemimiz yoxdu. Futbolçular sabahkı görüşə tam hazırdı".

- Futbolçularınız bildirir ki, qrupdan çıxmaq istəyən komanda mütləq Azərbaycan üzərində qələbə qazanmalıdı. Bu bir növ rəqibə yuxarıdan aşağı baxmaq deyil?

- ümumiyyətlə, istənilən rəqibə hörmətlə yanaşırıq. Azərbaycanı da izləmişik, Xorvatiyaya qarşı yaxşı çıxış etmişdi. Qrupda xal qazanmamasına baxmayaraq, fikrimizi dəyişmirik. Biz özümüz digər görüşlərdə olduğu kimi, sabah da qələbə qazanmağı hədəfləmişik.

- Start heyətini açıqlayacağınızı inanmıram. Sabah bizi sürprizlər gözləyirmi?

- Əlbəttə ki, heyəti açıqlamayacam. Amma sabah bəzi maraqlı dəyişikliklər ola bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest