"Ayaks"ın kapitanı Matteys de Liqtin karyerasını harda davam etdirəcəyi müəmmalı olaraq qalır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırda "Barselona" və PSJ 19 yaşlı mərkəz müdafiəçisi uğrunda yarışır.

"Ayaks" rəhbərliyi bu transferdə İspaniya nəhəngi ilə ortaq məxrəcə gəlib. Razılığa əsasən, Amsterdam təmsilçisi kapitanının gedişindən 75 milyon avro qazanc əldə edəcək. Problem ondadı ki, futbolçu hələ razılığını verməyib. çünki "Barselona" ona illik 7,5 milyon, PSJ isə 15 milyon avro maaşı vəd edir.

"Barselona" rəhbərliyinin işini çətinləşdirən əsas amil de Liqtin meneceri Mino Rayolanın PSJ-nin idman direktoru vəzifəsinə qayıdan Leonardo ilə yaxşı münasibətinin olmasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest