“Aston Villa” heyətini yeni futbolçuyla gücləndirib. Matc.az saytı xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yenidən Premyer Liqaya yüksələn komanda “Lill”dən Ənvar əl-Qazini transfer edib. 24 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb. 2017-ci ildən “Lill”də çıxış edən əl-Qazi son mövsümü icarə əsasında “Aston Villa”da keçirib.

Əl-Qazi 2 dəfə də Hollandiya millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest