Onu 109 milyon dollarla "Yuventus"lu Kristiano Ronaldo izləyir. Üçüncü pillədə isə PSJ-nin braziliyalı super ulduzu Neymar qərarlaşıb - 105 milyon.

Dünyanın ən məşhur iqtisad jurnalı "Forbes" ən çox qazanan idmançıların yeni siyahısını açıqlayıb. Matc.az saytının məlumatına görə, yeni hesabat 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına qədər olan müddəti əhatə edir.

Siyahıda birinci yeri "Barselona"nın ulduzu Lionel Messi tutur. Argentinalı göstərilən müddətdə 127 milyon dollar qazanıb.

Onu 109 milyon dollarla "Yuventus"lu Kristiano Ronaldo izləyir. üçüncü pillədə isə PSJ-nin braziliyalı super ulduzu Neymar qərarlaşıb – 105 milyon.

Ən qazanclı idmançıların "ilk 10-luğ"u isə aşağıdakı kimi formalaşıb.

1. Lionel Messi ("Barselona") – 127 milyon

2. Kristiano Ronaldo ("Yuventus") – 109 milyon

3. Neymar (PSJ) – 105 milyon

4. Saul Alvares (boks) – 94 milyon

5. Roce Federer (tennis) – 93.4 milyon

6. Rassl Uilsson ("Sietl", Amerikan futbolu) – 89.5 milyon

7. Aaron Rocers ("Qrin Bey", Amerikan futbolu) – 89,3

8. Lebron Ceyms ("LA Leykers", basketbol) – 89 milyon

9. Stefen Körri ("Golden Steyt Uorriors", basketbol) – 79.8 milyon

10. Kevin Dürant ("Golden Steyt Uorriors", basketbol) – 65.4 milyon

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest