"Nəticə birmənalıdı. Amma 5:1 hesablı qələbə asan olmadı. Millinin heyətində ilk qolumu vurmağı bacardım. Amma buna görə yox, 3 qazandığımız üçün xoşbəxtəm. Çünki bu, daha önəmli idi".

"Nəticə birmənalıdı. Amma 5:1 hesablı qələbə asan olmadı". Matc.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının müdafiəçisi David Hançko deyib.

22 yaşlı sol cinah oyunçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi üzərində böyükhesablı (5:1) qələbəni dəyərləndirib.

Yığmada "siftə" edən "Fiorentina"nın üzvü qələbənin daha vacib olduğunu bildirib: "Millinin heyətində ilk qolumu vurmağı bacardım. Amma buna görə yox, 3 qazandığımız üçün xoşbəxtəm. Çünki bu, daha önəmli idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest