"Qarabağ"ın futbolçusu Araz Abdullayev forma nömrəsini dəyişib. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, ötən mövsüm 9 nömrəli formanı geyinən yığmamızın yarımmüdafiəçisi növbəti mövsümdən komandanın "7 nömrəsi" olacaq. Geridə qalan mövsüm 7 nömrəli formanı daşıyan İnnosent Emeqara Ağdam klubundan ayrılıb.

Qeyd edək ki, Araz Abdullayev keçən ilin yayından "Qarabağ"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest