Neymarın mövsümün sonunda klubu tərk etmək ehtimalını nəzərə alan PSJ yeni hücumçu axtarışına başlayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, parislilər artıq braziliyalının yerinə oyunçu tapıblar.

Fransa çempionu "Atletiko"nu hücumçusu Antuan Qrizmanı braziliyalıya ən yaxşı əvəzləyici qismində görür. Hətta Qrizmanın madridlilərlə 2023-cü ilə qədər yeni müqavilə imzalaması da PSJ rəhbərliyini narahat etmir. Əgər Neymar başqa kluba satılsa, ordan əldə ediləcək gəlirin 150 milyon avrosu məhz Fransa millisinin forvardı üçün ayrılacaq.

Qeyd edək ki, Antuan Qrizman yayda "Barselona"ya keçməyə yaxın olsa da, son anda "Atletiko"da qalmağı qərara almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest