Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilir ki, 23 yaşlı forvardın "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq və o, iyulun 1-dən azad agent statusu daşıyacaq. Futbolçu özü millimizin düşərgəsində olarkən gələcəyi ilə bağlı suala konkret cavab verməmiş, necə nəticələnəcəyini bilmədiyini demişdi.

Rusiyalı həmkarlarımız Şeydayevin Samara təmsilçisindən ayrılmaq ehtimalının heç də az olmadığını iddia edib. çünki onun Rusiya Premyer Liqasından başqa təklifləri də var: "Şeydayevin azad agent olması digər klublar üçün də şansdı. O, hazırkı klubu ilə yanaşı, digərləri ilə də danışıq aparır. Ramil çox güman ki, növbəti mövsümü də Rusiya Premyer Liqasında keçirəcək".

Qeyd edək ki, ötən il "Krılya Sovetov"a keçən Ramil Şeydayev geridə qalan mövsümdə 18 oyun keçirib, 4 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest