"Sabah"ın yay hazırlıq planında dəyişiklik edilib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq.

Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Sabah" növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest