"Real"ın müdafiəçisi Marselonun vəziyyəti müəyyənləşib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçunun zədəsinin ciddi olmadığı aşkarlanıb.

çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Viktoriya" (2:1) ilə qarşılaşmada zədələnən 30 yaşlı oyunçu tibbi müayinədən keçib. Həkimlər onun La Liqanın növbəti turunda "Barselona" ilə oyuna hazır olacağını açıqlayıb.

Qeyd edək ki, "Barselona" – "Real" görüşü oktyabrın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest