09 Noyabr 2025, 22:19
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün üçüncü matçına çıxıb.
Matc.az xəbər verir ki, yığmamız Türkiyə millisi ilə qarşılaşıb.
Görüş rəqib komandanın üstünlüyü ilə nəticələnib - 0:3 (12:25, 8:25, 10:25).
Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı olacaq.












