2019-2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. "Kimyaçılar" son mövsümü "Keşlə"də keçirmiş Sərtan Taşqınla anlaşıb.

2019-2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" son mövsümü "Keşlə"də keçirmiş Sərtan Taşqınla anlaşıb.

2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu "Sumqayıt"da 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız "Keşlə"nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sərtan həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest