"Səbail"də baş məşqçi Aftandil Hacıyevin köməkçilərinin taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik məşqçilər korpusu ilə bağlı qərarını verib.

Komandanı Premyer Liqada bürünc mükafat qazandıraraq, Avropa Liqasına daşıyan Hacıyevin sözləşmə müddəti, onsuz da, gələn ilin yayına qədərdi.

Onun köməkçiləri Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə isə yeni müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest