"Empoli"də növbəti dəfə baş məşqçi istefası reallaşıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çalışdırıcı Aurelio Andreatsoli vəzifəsindən qovulub.

Buna səbəb komandanın mövsümü arzulanan yerdə tamamlamamasıdı. Maraqlıdı ki, Andreatsoli mövsüm ərzində ikinci dəfədi ki, postundan qovulur. O, ötən ilin noyabrında da istefaya göndərilmiş, lakin martda geri qaytarılmışdı.

Qeyd edək ki, "Empoli" geridə qalan mövsüm 18-ci yeri tutaraq B seriyasına yuvarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest