"Ayaks"ın kapitanı Matteys de Liqtə daha bir müştəri çıxıb. Matc.az saytının məlumatına görə, "Barselona" və PSJ-dən sonra "Yuventus" da futbolçu ilə əlaqə saxlayıb.

İspaniya nəhəngi hələ aprel ayında 19 yaşlı müdafiəçi ilə 6 milyon avroluq aylıq maaşda anlaşmışdı. Lakin PSJ-nin 12 milyon avroluq təklifi oyunçunu düşünməyə vadar etmişdi. "Qoca sinyora" isə ona 10 milyon avro vəd edib. Futbolçu bu 3 təklifdən birini qəbul edəcək.

Qeyd edək ki, "Barselona" "Ayaks"la 75 milyon avroluq transfer qiymətində ortaq məxrəcə gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest