"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Türkiyədə davam etdirə bilər. "Çaykur Rizəspor" haitili futbolçunun keçidində israrlıdı. Rizə təmsilçisi hazırda milli komandasının düşərgəsində olan 30 yaşlı cinah oyunçusu ilə danışıqlara başlayıb.

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Matc.az saytının bu ölkənin mətbuatına istinadən məlumatına görə, "çaykur Rizəspor" haitili futbolçunun keçidində israrlıdı.

Rizə təmsilçisi hazırda milli komandasının düşərgəsində olan 30 yaşlı cinah oyunçusu ilə danışıqlara başlayıb. Hətta Geryenin Superliqa klubuna keçməyə müsbət yanaşdığı da bildirilir. Lakin "çaykur Rizəspor"un qarşısında maneə var. Belə ki, rizəlilər Gerye uğrunda mübarizədə tək deyil. Avropanın bir neçə klubu ilə yanaşı, "Dənizlispor" da onu heyətinə qatmaq fikrindədi.

2017-ci ildən "Qarabağ"da çıxış edən Vild-Donald Geryenin komandada qalıb-qalmayacağı hələ də bəlli deyil. Haitilinin ağdamlılarla müqavilə müddəti başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest